...

Sülhməramlılara məxsus daha yeddi avtomobil Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 17 Yanvar 2023 12:50 (UTC +04:00)
Sülhməramlılara məxsus daha yeddi avtomobil Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Rusiya sülhməramlılarına məxsus yeddi avtomobil Laçından Xankəndiyə maneəsiz keçib.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidinə şərait yaradıblar. Bundan əvvəl sülhməramlılara məxsus daha bir neçə avtomobil də Laçın yolundan maneəsiz keçib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 37 gündür ki, davam edir.

Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti