...

Anadolu Agentliyi: 20 Yanvar - Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi

Gündəm Materials 20 Yanvar 2023 18:04 (UTC +04:00)
Anadolu Agentliyi: 20 Yanvar - Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi

Bakı. Trend:

Türkiyənin Anadolu Agentliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı geniş məqalə və infoqrafika yayıb. Məlumat verilir ki, 20 Yanvar faciəsinin əsl səbəbkarı işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana göstərdiyi düşmənçilikdir.

Trend xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin qoşun birləşmələrinin Azərbaycanda törətdikləri dəhşətlərdən bəhs edən məqalədə qanlı hadisənin təfərrüatı barədə Türkiyə ictimaiyyətinə geniş məlumat verilir.

“20 Yanvar: Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi” sərlövhəli məqalədə Azərbaycana qarşı törədilən dəhşətli hərbi cinayətin səbəb və məqsədlərindən bəhs olunur.

Qanlı Yanvarın dəhşətlərini əks etdirən məqalədə diqqətə çatdırılır ki, törədilən cinayətlər təkcə Bakıda deyil, başqa şəhər və rayonlarda da davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti