...

Ermənistanda daha bir dövlətə xəyanət faktının üstü açılıb

Gündəm Materials 31 Yanvar 2023 17:50 (UTC +04:00)
Ermənistanda daha bir dövlətə xəyanət faktının üstü açılıb

Bakı. Trend:

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistan silahlı qüvvələrinin qulluqçusu tərəfindən daha bir dövlətə xəyanət faktının üstünü açıb.

Trend bu barədə erməni KİV-inə istinadən məlumat verir.

MTX-nin məlumatına əsasən, erməni hərbi hissələrindən birində kapitan rütbəsində xidmət göstərən hərbi qulluqçu 2021-ci ilin əvvəllərində xarici kəşfiyyat xidmətinin diqqət mərkəzində olub və onlar tərəfindən işə götürülüb.

Casus digər hərbi hissəyə keçdikdən sonra mükafat qarşılığında məxfi məlumatları toplayaraq qarşı tərəfə ötürməyi öhdəsinə götürüb.

Hərbi qulluqçu 2021-ci ilin aprel-may ayları ərzində məlumatları toplayaraq müxtəlif telefon tətbiqlərinin köməyilə qarşı tərəfə ötürüb.

O, xüsusən silahların növləri, sayı, Hindistandan satın alınmnış texnika, hərbi mövqelərin dislokasiyası haqqında məlumatları xarici kəşfiyyat xidmətinə ötürüb.

Erməni hərbi qulluqçusuna qarşı cinayət işi açılıb, o həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti