...

Məhkəmə rüsvət alarkən saxlanılan universitet dekanını ev dustaqlığına buraxdı

Gündəm Materials 2 Fevral 2023 16:05 (UTC +04:00)
Məhkəmə rüsvət alarkən saxlanılan universitet dekanını ev dustaqlığına buraxdı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Trend-in məlumatına görə, məhkəmə istintaq orqanının vəsatətini təmin edib və F. Nəsibov barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetində rüşvət almaqda ittiham Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Famil Nəsibov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi üzrə təqsirləndirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti