...

ABŞ Suriya və Türkiyədə zəlzələ ilə əlaqədar köməklik göstərməyə hazır olduğunu bildirib

Gündəm Materials 6 Fevral 2023 17:21 (UTC +04:00)
ABŞ Suriya və Türkiyədə zəlzələ ilə əlaqədar köməklik göstərməyə hazır olduğunu bildirib

Bakı. Trend:

ABŞ administrasiyası Türkiyədə qonşu Suriyaya da təsir etmiş zəlzələ ilə əlaqədar köməklik göstərməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Milli Təhlükəsizklik üzrə müşaviri Ceyk Sallivanın açıqlamasında deyilib.

"ABŞ Türkiyə və Suriyadakı dağıdıcı zəlzələ xəbərlərinə görə dərin narahatlıq hissi keçirir. Biz lazımi hər cür köməkliyi göstərməyə hazırıq. ABŞ Prezidenti Co Bayden zərərçəkmişlərə maksimal dərəcədə köməklik göstərmək məqsədilə Beynəlxalq İnkişaf Agentliyinə və federal hakimiyyətin digər tərəfdaşlarına ABŞ-ın cavab tədbiri imkanlarını qiymətləndirmək tapşırığı verib. Biz Türkiyə hökuməti ilə sıx koordinasiyada vəziyyətə nəzarət etməyə davam edəcəyik", - o deyib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 014 nəfər həyatını itirib, 7 003 nəfər yaralanıb, 2 824 bina dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti