Bakı. Trend:
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, Türkiyənin Hava Tədris Komandanlığının
məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan,
Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan
hərbi qulluqçular iştirak ediblər.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar
təqdim olunub.