Bakı. Trend:
Kahramanmaraşın bir hissəsində axtarış-xilasetmə işləri bitir.
Bunu Trend-ə açıqlamasında Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Orta Asiya-Qafqaz Regional Koordinatoru Məhəmməd Həmzə Nedimoğlu deyib.
"Videoda göstərilən ərazi Kahramanmaraşda zəlzələdən ən çox zərər görən bölgədir. Burada yüzlərlə belə bina dağılıb. Göstərilən binadan cəmi iki nəfər sağ çıxarılıb. Qalan hər kəs həlak olub. Hazırda burada onlarla heyət axtarış-xilasetmə işləri görür, o cümlədən İHH Humanitar Yardım Vəqfinin axtarış-xilasetmə heyətinin tərkibində azərbaycanlı tələbə də var. Artıq bu gündən etibarən bu ərazidə işlərimizi yekunlaşdırırıq", - deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.