...

“WhatsApp” istifadəçilərinə mesajları redaktə etmək üçün 15 dəqiqə vaxt verəcək

Gündəm Materials 24 Fevral 2023 18:28 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WABetaInfo” tərəfindən paylaşılan xəbərə görə, “WhatsApp” göndərilən mesajların redaktə edilməsi funksiyasını sınaqdan keçirir.

Trend-in məlumatına görə, bu funksiya mesaj göndərildikdən cəmi 15 dəqiqə sonra istifadə olunacaq. Yəni “WhatsApp” istifadəçiləri 15 dəqiqədən sonra göndərilən heç bir mesajı redaktə edə bilməyəcək.

“WhatsApp” vasitəsilə alınan mesaj redaktə edilərsə və “İPhone”-da quraşdırılmış versiya bu funksiyanı dəstəkləmirsə, görünməyəcək. Redaktə edilmiş mesaj əvəzinə xəta bildirişi olacaq. Yəni bu funksiya gələndən sonra istifadəçilər tətbiqi “App Store” vasitəsilə yeniləməli olacaqlar.

Məlumata görə, “WhatsApp” üçün sözügedən xüsusiyyət hazırda sınaq mərhələsindədir. Yeniliyin stabil versiyaya nə vaxt gələcəyi hələlik bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti