Ağdam. Trend:
Minaxtarma işlərində xarici ölkələrdən Azərbaycana edilən yardımlar hələ ki, yetərli deyil.
Trend-in Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev Ağdamda minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycana minaaxtarma işlərində ən çox dəstəyi Böyük Britaniya, ABŞ və Macarıstan verir.
"Ölkəmizə minatəmizləmə işlərində yardım göstərən ölkələr çoxdur. Amma, bu yardımlar hələlik yetərli deyil”, - deyə o qeyd edib.