Bakı. Trend:
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Xanlar Ağalarovu Nazirlik Aparatının rəhbəri təyin edib.
Trend-in məlumatına görə, Xanlar Ağalarov buna qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsində, qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində çalışıb.
Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər məktəbində (LSE) magistr dərəcəsi alıb.
O, eyni zamanda, Kembric Universitetində "Dövlət siyasəti" ixtisası üzrə magistr proqramını bitirib.