...

Yol polisi yararsız avtomobillərlə sərnişin daşıyanlara qarşı reydlərə başladı (VİDEO)

Gündəm Materials 7 Mart 2023 10:37 (UTC +04:00)
Yol polisi yararsız avtomobillərlə sərnişin daşıyanlara qarşı reydlərə başladı (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

DYP yararsız avtomobillərlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin Trend-ə verdiyi məlumata görə, son zamanlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobus sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin sayının çoxluğu və bu hadisələr nəticəsində çoxsaylı sərnişinlərin ölməsi və ya xəsarət alması səbəbindən ötən gün Masallı rayonunda sərnişin daşınması fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Tədbirin əsas məqsədi sərnişinlərin rahat və təhlükəsiz daşınmasının yoxlanılması olub. Tədbir zamanı marşrut xətti üzrə hərəkətdə olan bir çox nəqliyyat vasitəsinin yararsız halda olması və sərnişin təhlükəsizliyi üçün lazımı avadanlıqlarının olmaması müəyyən edilmişdir. Tədbir zamanı həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Bütün Respublika üzrə qeyd olunan tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti