Bakı. Trend:
"Google"a məxsus yayım xidməti olan "YouTube TV" abunəçilərinə yeni qiymət artımı tətbiq edəcəyini açıqlayıb.
Trend-in məlumatına görə, "YouTube"da televiziya kanallarına və daha çoxuna baxmağa imkan verən platforma dünyanın bir çox ölkəsində populyardır.
"Google"un açıqlamasına görə, yeni abunəçilər üçün 8 dollar artım tətbiq edilib. Beləliklə, aylıq abunə qiyməti 73 dollara yüksəldilir.
Mövcud abunəçilər üçün aprelin 18-dək qiymət artımı tətbiq olunmayacaq.
"Google" "YouTube TV"də məzmun üçün
lisenziya müqavilələrinin yeniləndiyini və ödənilən qonorarın
məbləğinin artırıldığını bildirib. Artan xərcləri öz müştərilərinə
əks etdirmək məcburiyyətində qaldıqlarını bildirən şirkət maraqlı
bir şəkildə 4K Plus paketini ucuzlaşdırıb. Bu plagin ayda 20
dollardan 10 dollara azaldılıb.