...

DYP sürücülərə müraciət edib

Gündəm Materials 19 Mart 2023 14:44 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi xalqa müraciət edib.

Trend xəbər verir ki, müraciətdə deyilir:

"Əziz həmvətənlər, Novruz bayramı münasibətilə Sizi təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzu edirik!

Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alıb, bəzi tövsiyələrimizi unutmamağınızı xahiş edirik.

Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına əməl etməyi, yola çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş təhlükəsiz yerlərdən keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhval ruhiyyədə keçməsi üçün təhlükəsizliyinizə bigənə olmayın!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti