...

Deputat Fazil Mustafanın xəsarət alması ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq

Gündəm Materials 28 Mart 2023 23:08 (UTC +04:00)

Bakı. Trend:

Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Baş Prokurorluğundan Trend-ə verilən məlumata görə, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti