...

Sülhməramlılara aid növbəti avtomobil karvanı Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 30 Mart 2023 12:31 (UTC +04:00)
Sülhməramlılara aid növbəti avtomobil karvanı Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanı maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 2 minik, 23 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 109 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti