Bakı. Trend:
"Opera" "iOS" tətbiqinə pulsuz VPN əlavə edib.
Trend-in məlumatına görə, VPN xidmətinin "iOS"-a əlavə edilməsi ilə "Opera" hər platformada quraşdırılmış pulsuz "VPN" təklif edən ilk brauzer şirkəti olub.
"Opera"-nın VPN xidməti abunə, giriş və əlavə plaginlər tələb etmir.
"Opera" brauzeri VPN trafikinin şifrələnməsini və IP ünvanının gizlədilməsini təmin edir. Təhlükəsiz baxış üçün istifadəçilərin əsas menyudakı düyməyə toxunması kifayətdir. VPN-i tapmaq və onun telefonunuzda mövcud olub-olmadığını görmək üçün "Opera" "iOS" tətbiqinin yuxarı sağ tərəfindəki üçlü xəttə toxunun. Sonra Parametrlərə daxil olun və yuxarıda VPN çıxmalıdır.
"Opera" həmçinin bildirir ki, daxili VPN istifadəçi məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün heç bir qeyd saxlamır.
"Opera"-nın məlumatına görə, pulsuz VPN-nin bütün istifadəçilərə çatması bir neçə həftə çəkə bilər.