...

Qeyri-qanuni erməni silahlı dəstələrinin təminat yolu çəkməsinin qarşısı alınıb - MN

Gündəm Materials 1 İyun 2023 14:15 (UTC +04:00)

Bakı. Trend:

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti