...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 4 İyun 2023 18:58 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 965 844, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 932, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 148, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 238 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti