...

Banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır

Gündəm Materials 8 İyun 2023 11:52 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən bir sıra banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır. Vətəndaşlardan bu kampaniyalarda iştirak üçün onlara göndərilən keçidə daxil olaraq bank və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Bank və digər fərdi məlumatlarınızı daxil etmədən öncə daxil olduğunuz veb ünvanın şirkətin rəsmi veb saytı olduğundan əmin olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti