...

Lerikdə həyətində kömür istehsal edən şəxs aşkarlanıb

Gündəm Materials 19 İyul 2023 13:52 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lerik rayonu ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.

Trend xəbər verir ki, xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin Lerik rayonu, Hovil kənd sakini Qədir Quliyev olduğu müəyyən edilib.

“Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyusu isə ləğv olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti