Bakı. Trend:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən 15 dövlət qurumunu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin edib.
Trend bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, “AzStateNet” şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla, respublikamızın digər bölgələrindən “AzStateNet” şəbəkəsində olan dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.