...

Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN

Gündəm Materials 16 Sentyabr 2023 21:10 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildiriblər.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti