Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin sentyabrın 29-na olan xronikasını təqdim edir.
- Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib.
- Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "instagram" səhifəsində paylaşım edib: Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin.
- Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb.
- Gecə ərzində gərgin döyüşlər davam edib: Düşmənin 1 tankı və 10 nəfərədək şəxsi heyəti məhv edilib.
- Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edib.
- Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Düşmənin 2 tankı eyni anda məhv edildi. Ermənistan ordusunun alayı darmadağın edilib. Ermənistan ordusunun daha bir zabiti məhv edilib.
- Ağdərə istiqamətində düşmənin tankı məhv edilib. Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir.