...

Vardanyanın apellyasiya şikayəti təmin edilməyib

Gündəm Materials 9 Oktyabr 2023 17:00 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib

Trend-in məlumatına görə, R.Vardanyanın vəkili Afət Qaziyeva Vardanyanın həbs qərarından şikayət verib.

Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq şikayəti təmin etməyib.

Xatırladaq ki, törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunuv, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti