...

"Google Chrome" brauzerinin 100 milyonlarla "Android" smartfonda dəstəyi dayandırılıb

Gündəm Materials 3 Noyabr 2023 10:31 (UTC +04:00)
"Google Chrome" brauzerinin 100 milyonlarla "Android" smartfonda dəstəyi dayandırılıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Google Chrome" brauzerinin 100 milyonlarla "Android" smartfonda dəstəyi dayandırılıb.

Trend-in məlumatına görə,Təkcə kənar tərtibatçılar deyil, həmçinin "Google" şirkəti də zaman-zaman müəyyən "Android" versiyalarında öz tətbiqlərinin dəstəklərini dayandırır.

Belə ki, məlum olub ki, "Google Chrome" brauzerinin "Android 7.0 Nougat" üçün dəstəyini dayandırmaq qərarına gəlib. Qeyd etmək lazımdır ki, bu əməliyyat sistemi vasitəsilə 100 milyonlarla smartfon çalışır. Şirkətin vermiş olduğu yeni məlumata əsasən "Chrome" brauzerinin 119-cu versiyası "Android 7.0 Nougat" əməliyyat sistemi üçün son versiya olub. Beləliklə "Chrome" brauzerinin 120-ci versiyasını yalnız "Android 8.0 Oreo"ya və ondan sonrakı "Android" versiyalarına quraşdırmaq mümkündür.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti