...

Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

Gündəm Materials 3 Noyabr 2023 21:58 (UTC +04:00)
Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Trend-in məlumatına görə, bu, bu gün Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk əsri” süarı altında keçirilən 10-cu yubiley Zirvə toplantısının yekunlarına dair qəbul edilmiş bəyannamədə deyilir.

“Azərbaycanın TDT dövlət başçılarının qeyri-rəsmi görüşünün 2024-cü il aprelin sonu - mayın əvvəlində Şuşada çağırılması təklifi nəzərə alınsın”, - deyə bəyannamədə qeyd olunub.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti keçirilib. TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin, Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti