...

BMT TŞ Qəzza zolağında humanitar fasilələrlə bağlı qətnamə qəbul edib

Gündəm Materials 16 Noyabr 2023 01:57 (UTC +04:00)
BMT TŞ Qəzza zolağında humanitar fasilələrlə bağlı qətnamə qəbul edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Malta tərəfindən Qəzza zolağında döyüşlərdə təcili və uzun müddətli humanitar fasilə tələb edən qətnaməni təsdiqləyib.

Trend-in məlumatına görə, 12 ölkə sənədin lehinə səs verib, daha üç ölkə isə bitərəf qalıb.

İclasın əvvəlində Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenzya Qəzza zolağında dərhal atəşkəsə çağıran düzəlişlər təklif edib. Beş ölkə bu təklifi dəstəkləyib, biri (ABŞ) əleyhinə səs verib, doqquz ölkə isə bitərəf qalıb. Dəyişiklik lazımi sayda səs toplamadığı üçün qəbul edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti