...

Qadının işə cəlb edilməsi Səudiyyə Ərəbistanında əsas məsələyə çevrilib - Khalil Alkhalil

Gündəm Materials 20 Noyabr 2023 11:53 (UTC +04:00)
Qadının işə cəlb edilməsi Səudiyyə Ərəbistanında əsas məsələyə çevrilib - Khalil Alkhalil
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qadının işə cəlb edilməsi Səudiyyə Ərəbistanında əsas məsələyə çevrilib.

Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Ailə İşləri Şurasının Baş katibi Maimoonah Khalil Alkhalil Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Vaxtilə bu bizə xəyal kimi gəlirdi, lakin indi reallıqdır. Səudiyyə qadını öz gələcəyini dəyişdirə bilər. Nəqliyyat sahəsində çalışan qadınların sayı ciddi dərəcədə artıb. Təhsil sahəsində də qadınlar ciddi nailiyyət əldə ediblər”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Xəbər lenti

Xəbər lenti