...

Qadın hüquqları daha da inkişaf edəcək -Çili xarici işlər nazirliyinin birinci katibi

Gündəm Materials 20 Noyabr 2023 17:30 (UTC +04:00)
Qadın hüquqları daha da inkişaf edəcək -Çili xarici işlər nazirliyinin birinci katibi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümid edirik ki, gələcəkdə qadın hüquqları daha da inkişaf edəcək.

Trend xəbər verir ki, bunu Çili xarici işlər nazirliyinin birinci katibi Denisse Andrea Estay Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Hələ də qadın və kişi bərabərsizliyinin narahatlıq doğurduğu sahələr var. 286 il lazımdır ki, müdafiə sahəsində qadın və kişi bərabərliyi olsun. Çili qadınların həyatını yaxşılaşdırmaq üçün çalışır. Biz sülh üçün çalışmalı və ədalətin, bərabərliyin bütün insalara aid olması üçün işləməliyik”,- deyə o, bildirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti