Bakı. Trend:
İsrail hakimiyyəti humanitar yardım maşınlarının "Rəfah" nəzarət-keçid məntəqəsindən Qəzza zolağına daxil olmasını qadağan edib. Keçid məntəqəsi Fələstin anklavı Misir sərhədində yerləşir.
Trend-in məlumatına görə, bu barədə "WAFA" informasiya agentliyi Fələstin Qızıl Aypara Cəmiyyətinə istinadən bildirib.
"İsrail bizə humanitar yardım maşınlarının "Rəfah" nəzarət-keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olmasını növbəti bildirişə qədər qadağan etdiyini bildirdi", - deyə qeyd olunub.
İsrail hökuməti "Rəfah" keçid məntəqəsini Fələstin tərəfində dayanan yük maşınlarından tez bir zamanda boşaltmaq göstərişi verib.