Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “5 dekabr - Beynəlxalq Könüllülər Günü” münasibətilə rayonda könüllülük fəaliyyəti ilə məşğul olan gənclərlə görüşüb. Elnur Rzayev gənc könüllüləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıb, ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlərdə könüllülərin xüsusi rolunu vurğulayıb. Könüllülük fəaliyyətinin gələcəkdə onlara qazandıracağı uğurlardan bəhs edib.
Səmimi və qarşılıqlı diskusiya şəklində keçirilən görüşdə Xaçmaz rayonunda gənclərlə birgə icra olunan layihə və tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Könüllülər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda könüllülük fəaliyyəti başa çatan gənclərin bir qrupuna sertifikatlar təqdim olunub.