...

Perinatal Mərkəzdəki yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb

Gündəm Materials 9 Yanvar 2024 15:59 (UTC +04:00)
Perinatal Mərkəzdəki yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Perinatal Mərkəzdə çıxan yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kliniki Tibbi Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti