...

Rusiya Yəmənlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını keçirilməsini tələb edib

Gündəm Materials 12 Yanvar 2024 08:28 (UTC +04:00)
Rusiya Yəmənlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını keçirilməsini tələb edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və müttəfiqlərinin Yəməndəki husilərin hədəflərinə zərbələr fonunda Rusiya BMT Təhlükəsizlik Şurasının yanvarın 12-də təcili iclasının keçirilməsini tələb edib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi bildirib.

"Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının yanvarın 12-də təcili iclasının keçirilməsini tələb edib", - deyə qeyd olunub.

Qeyd edək ki, ABŞ və müttəfiqləri Yəməndə husilərin hədəflərinə zərbələr endirməyə başlayıb.

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak hərbçilərin Yəməndə husi üsyançılarına qarşı silsilə zərbələrin endirməsini təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti