...

Avtomobilimizi soyuq və şaxtalı havalara necə hazırlayaq?

Gündəm Materials 15 Yanvar 2024 11:39 (UTC +04:00)
Avtomobilimizi soyuq və şaxtalı havalara necə hazırlayaq?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində bir neçə gündür ki, qarlı hava şəraiti davam edir. Qarın yağması və yolların buz bağlaması sürücülərin avtomobilləri qış rejminə hazırlamasını qaçılmaz edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən avtomobil təmiri mütəxəssisi Sahil Ağabəyli bildirib ki, birinci növbədə sürücülər avtomobillərin təkərlərini mütləq dəyişməli, yay təkərini qış təkəri ilə əvəzləməlidirlər.

Onun sözlərinə görə, belə havalarda qarda və buzda gedə bilən təkərlərdən istifadə edilməlidir ki, tıxacda olarkən, yüksəkliklərə qalxarkən və ya enişdən enərkən problemlər yaşanmasın.

"Yay təkərlərindən istifadə etmək qarlı və yağışlı hava şəraitində avtomobili idarə etmək üçün təhlükəlidir. Əgər avtomobildə problem varsa, şəxsi avtomobil sahibləri ictimai nəqliyyatdan istifadə etməsi məsləhətdir. Azərbaycana gətirilən avtomobillərin çoxunda donmaya qarşı olan antifrizlər yetərincə olmur. Bunu aradan qaldırmaq üçün ustalara yaxınlaşmalı və bu problemi aradan qaldırmalıdırlar. Bundan başqa, şüşəsilənin fırçalarına da diqqət edilməlidir. Lakin qış təkərlərinə keçməzdən öncə avtomobildə olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Təkərlərlə yanaşı, qış rejiminə keçid zamanı digər mexanizmlərə də diqqət edilməlidir", - deyə təmir mütəxəssisi əlavə edib.

S. Ağabəyli qeyd edib ki, ümumiyyətlə dekabr ayından mart ayına qədər havalar qeyri-sabit keçdiyindən maşınlarda sadaladıqlarım problemlərə diqqətli olmaq lazımdır.

"Qış fəslində sürücülərin tez-tez rastlaşdığı problemlərdən biri də mühərrikin donmasıdır. Mühərrikdə yaranan donmanın qarşısını almaq üçün antifriz maddəsi dəyişilməlidir. Qış mövsümü gələn zaman antifrizi tamamilə dəyişmək mütləqdir. Ola bilsin ki, sürücü yay aylarında buxarlanma olduğu üçün onun üzərinə su əlavə edə bilər. Belə olan hallarda antifirizi qışda dəyişsələr, daha yaxşı olar. Antifriz maddəsinin neçə dərəcədə donması xüsusi aparatla ölçülür. Normalda bu maddə şaxtaya dözümlü olmalıdır. Əgər standartlara uyğun deyilsə, donmağa həssas olan maddə tamamilə mühərrikdən çıxarılmalıdır", - deyə o, vurğulayıb.

Usta onu da bildirib ki, avtomobilin sürüşməsi səbəbindən avtomobilin şassisində kürəli dayaqlar (şarovoy) və yaxud stabilizator əlaqələrinin (tyaqa) problemi varsa, bunları dəyişsinlər. Həmçinin, təkərləri dəyişdikdən sonra onlar balans edilməlidir:

"Azərbaycanda sürücülük kursunda oxuyan insanlar çox vaxt belə qarlı havalarda avtomobil sürməyi öyrənməyə üstünlük vermirlər. Lakin avtomobili sürməyi öyrənmək istəyənlər qarlı havalarda da maşını necə sürməyi və düşdükləri vəziyyətdən çıxmağı öyrənməsi vacibdir, - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti