Bakı. Trend:
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Trend xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Fazil Qasımov barəsində seçilən qətimkan tədbirinin müddəti 3 ay uzadıb.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.