...

Ermənistan Kamil Zeynallının azadlığa buraxılması ilə bağlı Rusiyadan açıqlama gözləyir

Gündəm Materials 22 Fevral 2024 15:43 (UTC +04:00)
Ermənistan Kamil Zeynallının azadlığa buraxılması ilə bağlı Rusiyadan açıqlama gözləyir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Kamil Zeynallının azadlığa buraxılması ilə bağlı Rusiyadan rəsmi açıqlama gözləyir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Paşinyanın müavini Qriqoryan bildirib.

Xatırladaq ki, 21 fevral tarixində Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib.

Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Həmin gün Kamil Zeynallı sərbəst buraxılıb və 22 fevral tarixində Azərbaycana qayıdıb.

Xəbər lenti

Xəbər lenti