Bakı. Trend:
Bakı şəhəri, Nizami rayonunda evdən qadın meyiti tapılıb.
Trend xəbər verir ki, ötən gün Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən binalardan birinin arxasında üzərində zorakılıq əlamətləri olmayan naməlum qadın meyiti aşkar olunub.
Hazırda naməlum meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.