...

Gəncə Apellyasiya Məhkəməsinin yeni sədri kimdir? - DOSYE

Gündəm Materials 8 Aprel 2024 15:03 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə Toğrul Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib.

Trend xəbər verir ki, Toğrul Əli bu təyinatadək Yevlax Rayon Məhkəməsinin sədri olub.

Qeyd edək ki, Toğrul Məhəmməd oğlu Əli 1973-cü ildə Bərdə rayonunda anadan olub. O, 1996 Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsini bitirib.

2007-2008-ci illərdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2008- 2010-cu illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi, 2010-2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Toğrul Əli 2017-ci ildə Yevlax Rayon Məhkəməsinin sədri təyin olunub.

Xəbər lenti

Xəbər lenti