Bakı. Trend:
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 9 sürücü saxlanılıb.
Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.
Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.