...

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

Gündəm Materials 25 Sentyabr 2024 14:35 (UTC +04:00)
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib.

"Sentyabr ayının 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb", - deyə, DSX-dən məlumat verilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti