Bakı. Trend:
Biz hər zaman Prezidentimizin yanındayıq.
Bunu Trend-ə açıqlamasında Birinci Qarabağ müharibəsində qardaşı itkin düşən Rəşad Musayev deyib.
Yardımlı rayonundan olan R.Musayev qardaşını axtardığını və onun axtarışlarında Azərbaycan dövlətinin göstərdiyi səyləri dəstəklədiyini bildirib:
“Yardımlı rayonundan gəlmişəm. Qardaşım Musayev Kamal İsmayıl oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Bizim ən ağrılı, acılı yerimiz olan Xocalıya gəlmək bizim üçün həm də qürurludur. Prezidentimiz var olsun ki, bizim səsimizi dünyaya çatdırır. Biz də hər zaman onun yanındayıq”.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində doğmaları itkin düşmüş və hələ də onların taleləri barədə heç bir məlumatı olmayan bir qrup insanın işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. 40 nəfərlik heyət Ağdam və Xocalı Şəhidlər xiyabanını, Xankəndi və Şuşa şəhərlərini ziyarət ediblər.