...

Şəhid hərbi pilot Famil Məmmədlinin xatirəsi yad edilib (FOTO/VİDEO)

Gündəm Materials 9 Mart 2025 17:19 (UTC +04:00)
Şəhid hərbi pilot Famil Məmmədlinin xatirəsi yad edilib (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid polkovnik-leytenant Məmmədli Famil Elman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti