...

Saatlıda pirotexniki vasitələr satmaq istəyən şəxs müəyyən olunub

Gündəm Materials 19 Dekabr 2025 11:18 (UTC +04:00)
Saatlıda pirotexniki vasitələr satmaq istəyən şəxs müəyyən olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Saatlıda pirotexniki vasitələr satmaq istəyən şəxs müəyyən olunub.

Trend-in məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən K.Aliyev saxlanılıb.

Belə ki, həmin şəxsin idarə etdiyi avtomobildən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti