Bakı. Trend:
Döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər müəyyənləşib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən,satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla):
- istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
- texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
- texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.
Qərarla həmçinin, döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə tələb olunan əlavə şərtlər də müəyyənləşib.
Belə ki, satışına (döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın idxal edilən ehtiyat hissələri istisna olmaqla):