...

Məcburi köçkünlər Bərdədə etiraz aksiyası keçiriblər

Hadisə Materials 13 Sentyabr 2007 11:52 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda cümə axşamı Ağdamdan olan məcburi köçkünlər etiraz aksiyası keçiribər. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Nizami 154 küçəsində müvəqqəti məskunlaşan Ağdamdan olan 100-ə yaxın məcburi köçkün bir aydan çoxdur içməli suyun gəlməməsi səbəbindən aksiya keçiriblər. Məcburi köçkünlər bildiriblər ki, kommunal xərclərə görə dövlət tərəfindən hər ailə başına 5 manat ödənilir. Köçkünlər bir ay müddətində bir neçə dəfə aidiyyatı instansiyalara müraciət etsələr də, hələlik heç bir cavab və nəticə yoxdur.

Bərdə rayon İcra Hakimiyyətindən bildiriblər ki, problemdən xəbərdardırlar və bununla bağlı müəyyən tədbirlər görülür, yaxın vaxtlarda köçkünlər içməli su ilə təmin olunacaqlar.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti