...

Tərtərdə məskunlaşan məcburi köçkünün evi uçub

Hadisə Materials 24 Noyabr 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayonunda məskunlaşan məcburi köçkünün evi uçub. Trend in bölgə müxbirinin məlumatına görə, 3 gün yağan aramsız yağış nəticəsində şənbə günü rayonun Mamırlı kəndindəki şəhərcikdə müvəqqəti məskunlaşan Ağdam rayon qaçqını Malik Məmmədova məxsus ev uçub. İlkin ehtimala görə, evin uçmasına səbəb güclü yağışlar nəticəsində torpaq sürüşməsi olub.

Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün öz yurd-yuvalarından ayrı düşüb. Mamırlı kəndindəki şəhərcikdə 352 qaçqın və məcburi köçkün ailəsi yaşayır. Onlardan 50-sinin evi qəzalı vəziyyətdədir.

Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri faktla bağlı hadisə yerinə gəliblər və evin uçmasının səbəbləri araşdırılır.

Tərtər paytaxt Bakıdan 365 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti