...

Ələt- Astara yolunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 3 Dekabr 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Lənkəran/ Trend , müxbir P.Əliyeva/ Bazar ertəsi saat 16.00-da Ələt-Astara yolunun 191-ci km-liyində, Lənkəranın Ürgə kəndi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lənkəran rayon sakini, 1982-ci il təvəllüdlü Rəsulov Emin Bəxtiyar oğlununu idarə etdiyi VAZ - 2107 mrakalı 42-BA 602 dövlət nömrə nişanlı avtomobillə İran vətəndaşı, 43 yaşlı Əştəru Firiduna məxsus SCANİA markalı THR 42-547 nömrəli yük maşını qarşı-qarşıya hərəkət edərkən toqquşub. Nəticədə, VAZ - 2107 markalı maşında olan Sumqayıt şəhər sakini, 25 yaşlı Əkbərov Elnur Əlizadə oğlu hadisə yerində keçinib. Sürücü Rəsulov vəhəmin maşında olan digər sərnişin - Ürgə kənd sakini, 21 yaşlı Babayev Zamin Nəriman oğlu ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti