...

Azərbaycanın cənub bölgəsində intihar baş verib

Hadisə Materials 22 Fevral 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 22 fevral / Trend , müxbir P.Əliyeva/ Masalı rayonunda fevralın 21-i gecə saatlarında 35 yaşlı Maiz Həsənov yaşadığı evin zirzəmisində intihar edib. Masallı rayon Prokurorluğundan cümə günü Trend -a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Son 2 ayda Azərbaycanın cənub bölgəsində 4 intihar faktı qeydə alınıb. İntihar edənlərin 80 faizi 17-30 yaş arasındadır.

Həsənovun yaxınları bildiriblər ki, mərhumun ailəsi ilə heç bir problemi olmayıb. Ancaq psixoloji sarsıntılar keçirdiyindən, bir neçə dəfə intihara cəhd edib.

Masallı paytaxt bakıdan 250 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti