...

Lənkəranda ağır yol hadisəsi baş verib

Hadisə Materials 10 Mart 2008 13:00 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 10 mart /"Trend müxbir P.Əliyeva/ Bazar ertəsi saat 11:30 radələrində Lənkəran -Boradigah avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol- nəqliyat hadisəsi baş verib. Lənkəran mərkəzi xəstəxanasının qəbul şöbəsindən Trend un bölgə müxbirinə bildiriblər ki, 32 yaşlı Babayev Əhməd Nadir oğlunun idarə etdiyi Jiquli markalı avtomobil əks istiqamətdə hərəkət edən Lənkəran - Tükəvilə kəndi üzrə işləyən sərnişindaşıyan Qazell markalı avtobusla toqquşub. Babayev hadisə yerində keçinib. Mikroavtobusun sürücüsü, 1948- ci il təvəllüdlü Kazımov Fərasət Fərhad oğlu və avtobusdakı 15 sərnişindən üçü -- 1937-ci il təvəllüdlü Ağayeva Rubeydə Beybudəli qızı və 1977 - ci il təvəllüdlü Əliyeva Məhsəti Qəzənfər qızı müxtəlif ağır bədən xəsarətləri ilə Lənkəran mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Hazırda yaralıların vəziyəti orta- ağır olaraq qalır. Lənkəran rayon polis şöbəsində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti