Azərbaycan, Xaçmaz,13 may / Trend , müxbir A.Qafarov/ Dəvəçi rayonunda Mühafizə Polisinin əməkdaşı bıçaqlanıb.
Dəvəçi rayon prokurorunun böyük köməkçisi İlham Kərimli çərşənbə axşamı Trend a bildirib ki, Daxili İşlər Nazirliyinin həyati əhəmiyyətli obyektlərin mühafizəsi alayı 2-ci rotasının polis nəfəri Vüqar Ələsgərov həmkəndlisi Tural Məmmədov tərəfindən bıçaqlanıb.
Hadisənin şəxsi münaqişə zəminində baş verdiyini deyən Ələsgərov bildirib ki, hadisə rayondakı "Ay işığı" yeməkxanasında mayın 12-də saat 22.30 radələrində baş verib.
Polis əməkdaşını vuran şəxs həmin yeməkxanada xidmətçi işləyir.
Ələsgərov isə "Bakı-Şollar" su kəmərinin mühafizəsində çalışır.
Faktla bağlı rayonun polis şöbəsinin istintaq şöbəsində araşdırma aparılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]